"Barselona"nın vingeri Lamin Yamal 10 ildən sonra özünü harada gördüyünü danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə ESPN-ə açıqlama verib:

 

"Bu çətin sualdır. 27 yaşım olacaq... Düşünürəm ki, hər şey indiki kimi olacaq – həyatım evlə məşq meydançası arasında keçəcək".

 

Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 13 qol vurub və 20 məhsuldar ötürmə edib.