"Korintians" Memfis Depayla müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Brazliya klubunun rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçu "muşketyorlar"a 2024-cü ilin sentyabrında keçib. Niderlandlı futbolçu komanda ilə birlikdə San-Paulu ştatının çempionu olmaqla yanaşı, Braziliya kubokunu da qazanıb.
Bir müddət əvvəl "Korintians"ın rəsmi olaraq Depayın müqaviləsini yeniləməmək qərarına gəldiyi və Memfisin azad agent olacağı bildirilmişdi.
Qeyd edək ki, Depay bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.