Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi istefa verib. Sport24.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının saytı məlumat yayıb.
Bu, yığmanın AVRO-2024-ə birbaşa vəsiqə qazanmasından dərhal sonra baş verib. Çexiya millisi seçmə mərhələnin son oyununda Moldova yığmasını 3:0 hesabı ilə məğlub edib.
Nəticədə 15 xal toplayaraq 2-ci yeri tutan Çexiya Almaniyada təşkil olunacaq qitə çempionatının final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Şilqavi 2018-ci ildən yığmanı çalışdırırdı.