Klublararası dünya çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə məğlub edən "Çelsi" büdcəsini xeyli artırıb. Sport24.az xəbər verir ki, London klubu turnirdəki qələbəsi sayəsində 120 milyon dollar qazanıb.

 

Bundan başqa klublararası dünya çempionatının qalibi kimi "Çelsi"nin formasında 4 il müddərində xüsusi nişan olacaq.

 

Qeyd edək ki, İngiltərə təmsilçisi tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. London klubu 2021-ci ilin finalında "Palmeyras"ı məğlub edərək kuboku başı üzərinə qaldırıb.