"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson klubda birgə olduqları vaxtlarda danimarkalı qapıçı Peter Şmeyxellə yaşadığı münaqişədən danışıb. Sport24.az xəbər verir ki, şotlandiyalı mütəxəssis bu barədə "Give me Sport"a açıqlama verib:

 

"Bir dəfə mübahisə etdik, o, düz mənim qarşımda dayandı. Digər oyunçular isə buna gözəl yumdular... Həmin anda başımı qaldırıb fikirləşdim ki, bu, məni vursa, ölmüşəm.

 

Qeyd edək ki, Peter Şmeyxel 1991-1999-cu illərdə "Mançester Yunayted"də çıxış edib. O, Ser Aleks Ferqyuson dövrünün əsas oyunçularından biri olub. Danimarkalı klubla birgə 15 kubok, o cümlədən 1999-cu ildə Çempionlar Liqası qalibi olub.