"Komandanın hazırlığı plan üzrə davam edir. Fiziki durumumuzu artırmaq, formaya düşməyə çalışırıq. Yaxşı toplanış keçib çempionatın startına tam hazır olmaq istəyirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

"Boz qurdlar"ın kapitanı komandasının növbəti mövsüm üçün hədəflərindən danışıb:

"Keçən mövsümdə də qarşımıza avrokuboklara vəsiqə qazanmağı qoymuşduq. Son anda alınmadı. Bu ildə də hədəfimiz eynidir. Komanda olaraq bunun üçün çalışırıq. Daha ciddi hazırlaşırıq və ötən mövsümdəki səhvləri təkrarlamamağa çalışacağıq. İnanıram ki, yeni mövsümə hazır olacağıq və avrokuboklar üçün mübarizə aparacağıq. Bəlkə də başa çatan "futbol ili"ndə buna nail ola bilərdik. Bəzi qarşılaşmalardakı itirdiyimiz xalla bizə baha başa gəldi. Bu dəfə maksimum çox xal toplamalıyıq ki, sonda belə hallar olmasın. Gedən oyunçularımız oldu. Hər birinə təşəkkür edirəm. Komandanın uğur qazanması üçün əllərindən gələni etdilər. Yeni futbolçularımız da var. Bir neçəsi də gələcək. Transfer elədir ki, bir günün içində baş vermir. Onun bütün keyfiyyətlərini görməlisən və komandaya xeyir verə biləcək oyunçu cəlb edilməlidir. Onun üçün transfer məsələsində bir az çətinlik olur. İnanıram ki, yeni gələnlər gücümüzə güc qatacaqlar və çempionatda iddialı klublardan biri ola biləcəyik".

Qeyd edək ki, "Turan Tovuz" ötən mövsümü 55 xalla 4-cü pillədə bitirib.