Almaniyalı məşqçi Yoahim Löv Özbəkistan millisinə başçılıq edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Championat.Asia" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Özbəkistan Futbol Assosiasiyası artıq danışıqlara başlayıb.
Qeyd olunur ki, Löv bu təklifi qəbul edərsə, almaniyalının məşqçilər korpusunda komandanın hazırkı çalışdırcısı Timur Kapadze də yer alacaq. k
Qeyd edək ki, Özbəkistan millisi tarixdə ilk dəfə mundialın final mərhələsinə yüksəlib və 2026-cı il dünya çempionatında mübarizə aparacaq.