Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbovun rəhbərliyi ilə İsveçrənin Lozanna şəhərindəki baş qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə gələn il Avropa çempionatının və digər yarışların keçirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib, bir sıra məsələlər müzakirə olunub.

 

2026-cı ildə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququ Bolqarıstanın Varna şəhərinə həvalə edilib. Yarış mayın 27-dən 31-dək keçiriləcək.

 

Batut gimnastikası üzrə Avropa çempionatının aprelin 8-dən 12-dək Portuqaliyanın Portimao şəhərində təşkil ediləcək. Aprelin 30-dan mayın 3-dək Bədii gimnastika üzrə Avropa kuboku növbəti dəfə Bakıda baş tutacaq.

 

İclasda digər turnirlərin keçirilməsi ilə bağlı da qərarlar qəbul edilib: bədii gimnastika üzrə Avropa çempionatı (2027-ci il), yaş qrupu və akrobatika üzrə Avropa çempionatı (2027-ci il), Aerobika gimnastikası üzrə U-15 Avropa çempionatı (2027-ci il), bədii və batut gimnastikası üzrə Avropa çempionatı (2028-ci il), "Gym for Life Challenge" (2028-ci il), EUROGYM (2028-ci il) və "Golden Age Gym Festival" (2028-ci il).

 

Qeyd edək ki, İcraiyyə Komitəsinin növbəti iclası bu il oktyabrın 12-13-də İsveçrənin Sürix şəhərində keçiriləcək.