"Hamburq" "Leyptsiq"in hücumçusu Yussuf Poulseni transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı danimarkalı 2013-cü ildən "Leypsiq"də çıxış edir. O, 425 oyun keçirib, 95 qol vurub və 66 məhsuldar ötürmə edib.
Ötən mövsüm "Hamburq" ikinci Bundesliqanı ikinci yerdə başa vuraraq Almaniyanın yüksək divizionuna qayıdıb.