FİFA-nın keçmiş prezidenti Yozef Blatter qurumun hazırkı rəhbərliyini və təşkilatın son illərdə tutduğu kursu tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə "The Athletic"ə açıqlama verib.
"Futbolu Səudiyyə Ərəbistanına uduzduq. Onlara oyun təklif etdilər və qarşı tərəf də qalib gəldi. Təəccüblüdür ki, FİFA-nın özündə buna qarşı heç bir müqavimət yoxdur.
Oyunların sayı həddən artıq çoxalıb. Eyni oyunçular, klublar dincəlmədən təkrar-təkrar meydana çıxırlar və əziyyət çəkirlər. Klublararası dünya çempionatının qızmar günəş altında keçirilməsi sağlamlığa ziyandır və qəbuledilməzdir".
Xatırladaq ki, klublararası dünya çempionatının finalında "Çelsi" PSJ-ni 3:0 hesabı ilə məğlub etmişdi.