I Liqada çıxış edən "Zaqatala"da vacib iclas olacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin rəhbərliyi ilə klubun sponsorunun arasında görüş nəzərdə tutulub.

Toplantının iyulun 16-da və ya 17-də olacağı gözlənilir. Bu iclasdan sonra komandanın yeni mövsümlə bağlı planlarına aydınlıq gələcək.

Qeyd edək ki, "Zaqatala" 2024/2025 mövsümünü 34 xalla beşinci pillədə başa vurub.