FIFA klublararası dünya çempionatının sosial media hesabında "Çelsi"ni tarixdə yarışın ilk qalibi adlandırıb. Sport24.az "The Touchline"yə istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu London klubunu dünya çempionatının yeganə qalibi kimi tanıyır və köhnə formatlı turnirin qaliblərinin adını "Qitələrarası Çempionlar" adlandırmağa qərar verib.
Qeyd edək ki, klublararası dünya çempionatının bu gecə keçirilən həlledici görüşündə "Çelsi" PSJ-ni 3:0 hesabı ilə məğlub edərək, titulun sahibi olub. London klubu daha əvvəl 2022-ci ildə köhnə formatlı yarışda Braziliya "Palmeyras"ını məğlub edərək (2:1) kuboku qazanmışdı.