"Nyuells Old Boys"nun və Kosta-Rika millisinin qapıçısı Keylor Navas Meksika "Pumas"ına transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.

 

"Real"dakı çıxışı ilə tanınan 38 yaşlı qolkiperin transferi "Pumas"a 2 milyon dollara başa gəlib və bunun 100 mini Argentina təmsilçisinə  bonuslar şəklində ödəniləcək.

 

Qolkiper Rosario klubuna 2025-ci ilin yanvarında qoşulub və komandanın heyətində keçirdiyi 16 oyunda 11 qol buraxıb. 8 matçda isə qapısını toxunulmaz saxlayıb.

 

Qeyd edək ki, "Arsenal"ın və Uels millisinin sabiq futbolçusu Aaron Remzi də bir müddət əvvəl "Pumas"a transfer olunub.