Argentina millisində Lionel Messi, "Mançester Yunayted"də isə Kriştiano Ronaldo ilə oynamış 41 yaşlı Karlos Teves "mankunianlar"da birgə çıxış etdiyi Ueyn Runini hər ikisindən daha yaxşı hesab etdiyini etiraf edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Give me Sport"a açıqlama verib.
"Kriştiano və Messi ilə bir yerdə oynamışam. Amma ən çox bəyəndiyim isə Runi idi. Onun heç bir zəif tərəfi yox idi. Runi böyük oyunçu olmaq üçün hər şeyə sahib idi".
Qeyd edək ki, Karlos Teves peşəkar karyerasını 2021-ci ildə "Boka Xuniors"da başa vurub.