"Əl-Hilal"ın müdafiəçisi Joao Kanselo yenidən "Barselona"nın futbolçusu olmağa yaxındır. Sport24.az xəbər verir ki, portuqaliyalı müqavilə imzalamaq üçün Barselonaya gəlib.

 

32 yaşlı müdafiəçinin tibbi müayinədən keçərək transferi rəsmiləşdirməsi gözlənilir.

 

Kanseluo "Əl-Hilal"la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdikdən sonra Kataloniya klubuna azad agent kimi qoşulacaq.

 

Qeyd edək ki, Joao daha əvvəl də iki fərqli mövsümdə icarə əsasında "Barselona"da çıxış edib. İlk dəfə 2023/24 mövsümündə "Mançester Siti"dən Kataloniya klubuna icarəyə verilən müdafiəçi ötən mövsümün ikinci yarısını da "Barselona"da keçirib.