"Xankəndi" Futbol Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə Qarabağ təmsilçisinin sosial şəbəkə hesabında paylaşım edilib.

 

Təqdim olunan yeni emblemin dizaynı şəhərin zəngin tarixini, mədəni irsini və mənəvi dəyərlərini özündə təcəssüm etdirir. Emblemdə Xankəndi şəhərinin simvollarından biri və klubun təsis edildiyi 2024-cü il xüsusi olaraq yer alıb.