"Komo"nun yarımmüdafiəçisi Niko Pas "Tottenhem"in maraq dairəsinə düşüb Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubu 20 yaşlı argentinalı üçün 40 milyon avro təklif etsə də, italyanlar bundan imtina ediblər. "Komo" rəhbərliyi futbolçunu 70 milyon avrodan aşağı satmaq istəmir.

 

Qeyd edək ki, Pas 2024/25 mövsümündə "Komo"nun heyətində 35 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.