Moskva ÇSKA-sının yarımmüdafiəçisi Abbosbek Fayzullayev karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxındır. Sport24.az "Markaj News"-a istinadən xəbər verir ki, "Qalatasaray" özbək futbolçunu transfer etmək istəyir.
21 yaşlı oyunçunun Rusiya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Fayzullayev cari mövsümdə Rusiya Premyer Liqasında 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.