"Qalatasaray" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etməyə çalışır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, Türkiyə nəhəngi yaxın günlərdə İstanbulda 31 yaşlı futbolçunun agenti ilə görüşəcək. "Qalatasaray" hələ ki, "İnter"ə rəsmi təklif göndərməyib.

 

Bir neçə gün öncə İtaliya klubunun Çalhanoğlunu 35-40 milyon avroya satmağa hazır olduğu barədə xəbərlər yayılıb.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2021-ci ildən "İnter"də çıxış edir. 2024/25 mövsümündə bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.