DÇ-2026-nın III turunda Uruqvayla matça hazırlaşan İspaniya millisinin məşqi yarımçıq dayandırılıb. Sport24.az xəbər verir ki, buna səbəb komandanın məskunlaşdığı Çattanoqa şəhərində güclü küləyin əsməsidir.
Yığma əlverişsiz hava şəraiti səbəbindən cəmi 20 dəqiqə məşq edə bilib.
İspaniya ilə Uruqvay arasındakı matç iyunun 27-də baş tutacaq. İki turdan sonra İspaniya 4 xalla liderdir. Uruqvay isə 2 xalla 2-cidir.