"Kəpəz" yeni baş məşqçisi ilə bağlı razılıq əldə edib. Sport24.az xəbər verir ki, "sarı-göylər" Azər Məmmədovla anlaşıb.
50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də "Kəpəz"i çalışdırıb.