Azərbaycan millisinin hücumçusu Renat Dadaşov klub tapmaqda çətinliklə üzləşib. Bu barədə Sport24.az-a adının açıqlanmasını istəməyən futbol agenti məlumat verib.

Mənbənin sözlərinə görə, 27 yaşlı oyunçunun xidmətləri bir neçə kluba təklif olunsa da, hələlik ciddi maraq göstərən tərəf yoxdur. Klubların onun son mövsümdəki performansını əsas götürərək transferə isti yanaşmadığı bildirilir.

Dadaşov ötən mövsüm Polşanın "Motor" klubunda bütün turnirlərdə 529 dəqiqə meydanda olub və qol vura bilməyib. Bu göstərici onun yeni komanda tapmasını çətinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Ekstraklasa təmsilçisi mövsümün sonunda futbolçu ilə başa çatan müqaviləni yeniləməyib və Dadaşov hazırda azad agent statusundadır.