Yeni mövsümdə birinci liqada debüt edəcək "Xankəndi" üç futbolçu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pərviz Qaraxanov, Elməddin Hüseynzadə və Elşad Manafovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Qeyd edək ki, 2025/26 "futbol ili"nin yekunlarına görə, Qarabağ bölgəsini təmsil edən komanda II Liqanın qalibi olub və I Liqaya yüksəlib.