"Araz-Naxçıvan" daha bir transferini açıqlayıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Alberto Qarsia Fernandeslə anlaşıb.
İspaniyalı yarımmüdafiəçi yeni mövsümdə "qırmızı-ağlar"ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir.
26 yaşlı futbolçu "Real" (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində "Real"ın B komandası olan "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel", "Rayo Maxadaonda", eləcə də Kiprin "Omoniya" və "Akritas Xloraka" klublarının formasını geyinib. A. Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.
Qarsiya 2018-2020-ci illərdə "Kastilya"da 31 oyuna 3 qol vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənovla yeni müqavilə imzalayıb, Luka Dumançiçi isə heyətinə cəlb edib.