İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın AÇ-2024-dəki qrupu haqda fikirlərini bildirib. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı İtaliya və Xorvatiyanın çox güclü komandalar olduğunu bildirib:

 

"Biz artıq Millətlər Liqasında İtaliya və Xorvatiya ilə qarşılaşmışıq. Onlar çox güclü komandalardır. Bunu anlamaq üçün sadəcə olaraq onların nailiyyətlərinə, tarixinə və ya oyunçularına baxmaq lazımdır. Son vaxtlar Albaniya millisi o qədər də yaxşılaşmayıb. Mən U-19 və gənclər komandalarından albanları tanıyıram".

 

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İspaniya millisi turnirin qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya komandaları ilə qarşılaşacaq.