İran millisinin hücumçusu Mehdi Taremi DÇ-2026-da gərgin atmosfer hiss etdiyini etiraf edib. Sport24.az xəbər verir ki, bununla bağlı ESPN-ə açıqlama verib:
"Mən üç dünya çempionatında olmuşam və həmişə deyirlər ki, təyyarədən düşüb ev sahibi ölkəyə daxil olan kimi sizi unikal dostluq və qlobal ruh atmosferi bürüyür.
Təəssüf ki, hazırda bunu hiss etmirəm. Bu dünya çempionatında çox gərginlik var. Bunu atmosferdə hiss etmək olar və təəssüf ki, vizaların rədd edilməsi]kimi addımlara görədir. Bəlkə də bu, sadəcə mənim şəxsi hisslərimdir".
Qeyd edək ki, mundial ərəfəsində ABŞ İran nümayəndə heyətinin bəzi üzvlərinə heyətinə viza verməkdən imtina etməklə yadda qalıb.