İtaliyanın "İnter" klubu futbolçusu Denzel Dumfrieslə yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 28 yaşlı cinah müdafiəçisinin Milan təmsilçisi ilə yeni müqaviləsi 2028-ci ilə qədər olacaq.

 

Müqavilənin gələn həftə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Denzel Dumfris bu mövsüm "İnter"in heyətində 11 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.