"Arsenal" "İnter"in gənc hücumçusu Pio Esposito ilə maraqlansa da, İtaliya klubu qarşı tərəfə satışın mümkün olmadığını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzeta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Arsenal"ın baş məşqçisi Mikel Arteta, klubun idman direktoru Andrea Bertata vasitəsilə "İnter"lə əlaqə saxlayıb. Piero Ausilio isə təklifə dərhal "xeyr" cavabı verərək, Espositonun daha 4 il müqaviləsi olduğunu vurğulayıb.
Qeyd edək ki, Pio Esposito bu mövsün bütün turnirlərdə "İnter"in heyətində 35 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.