"Tottenhem" Premyer Liqadan düşərsə, əksər oyunçuların maaşları təxminən 50 faiz azaldılacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu bənd Daniel Levinin İdarə Heyətinin sədr vəzifəsindən getməsindən əvvəl imzalanmış bütün müqavilələrdə yer alıb.
Qeyd edək ki, 28 turdan sonra aktivində 29 xal olan "Tottenhem" turnir cədvəlində 16-cı yerdədir. Komandanı düşmə zonasından cəmi dörd xal ayırır. London klubu sonuncu dəfə Çempionşipə 1977-ci ildə düşüb.