"Liverpul"un müdafiəçisi İbrahima Konate klubla müqavilənin müddətini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial platformasında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər danışıqların uğurla başa çatacağına əmindirlər. Fransalı mərkəz müdafiəçisi "Liverpul"a görə, adı açıqlanmayan Səudiyyə Ərəbistanı təmsilçisinin sərfəli təklifini rədd etdi.

 

Konatenin "Liverpul"la hazırkı müqaviləsi 30 iyun 2027-ci ildə başa çatır. 

 

Qeyd edək ki, 26 yaşlı fransız mərkəz müdafiəçisi cari mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 45 oyunda iştirak edib və iki qol vurub.