"Çelsi"nin keçmiş kapitanı və baş məşqçisi Frenk Lempardın çalışdırdığı "Koventri" son oyunda "Blekbern" (1:1) heç-heçə edib.  Sport24.az xəbər verir ki, bununla da Çempionşipdə sona 3 tur qalmış əsası 1883-cü ildə qoyulan klub 6 illik fasilədən sonra yenidən Premyer Liqaya yüksəlib. 

 

"Koventri" 43 oyundan sonra 86 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. İkinci yerdə olan"İpsviç Taun" ehtiyatda iki oyunu olsa da Lempardın komandasından 11 xal geridədir. "Milluoll" (73), "Sauthempton" (72), "Midlsbro" (72) və "Hull Siti" (68) Premyer Liqaya yüksəlmək üçün pley-off zonasındadırlar.

 

Qeyd edək ki, Frenk Lempard 2024-cü ilin noyabrından "Koventri Siti"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 79 oyuna çıxıb. Onlardan 43-də qalib gəlib, 16-da isə heç-heçə edib.