Misli Premyer Liqasında 28-ci turu davam edir. Sport24.az xəbər verir ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Yevlaxda keçiriləcək. "Karvan-Yevlax" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir. Hazırda turnir cədvəlinin sonunda qərarlaşan meydan sahibləri ötən tur cari mövsümdə ikinci qələbəsini qazanmaqla azarkeşlərini sevindirib. Füzuli Məmmədovun komandası "şirlər"lə görüşdə eyni uğuru təkrarlamağa çalışacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv isə mövsümü daha üst pilllərdə başa vurmağı planlaşdırır. Qonaqlar hazırda "Sumqayıt"la birgə 32 xala malik olsa da, əlavə göstəricilərə görə, 8-ci yerdədir.
Qeyd edək ki, turun dünən keçirilən matçlarında "Turan Tovuz" "Araz-Naxçıvan" 3:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqası
III dövrə, XXVIII tur
15:30. "Karvan-Yevlax" - "Şamaxı"
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax. Şəhər stadionu.