"Neftçi" Misli Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə "Zirə" ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, iki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.

Oyun gərgin anlarla yadda qalıb. Belə ki, görüşün 90-cı dəqiqəsində ev sahiblərinin yeganə qolunun müəllifi Brahim Konatenin epizodu zamanı komanda yoldaşı Ruan "ağ-qaralar"ın qapıçısı Kenan Piriçin baxış bucağını məhdudlaşdırıb.

 


Həmçinin, qolun müəllifi olan fransalı oyunçunun ofsaydda olduğu həm hakimlər briqadası, həm də VAR tərəfindən qeydə alınmayıb.  

Həmin anları sizə təqdim edirik: