"Sabah"a məğlubiyyətdən sonra"Sumqayıt"la oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən böyük istəklə hücuma atıldıq. Sonda istəyimizə çatdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Rauf Hüseynli deyib.
25 yaşlı cinah oyunçusu evdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 22-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qalib gəlmək istəyimiz ilk andan final fitinə qədər hiss olundu. İndidən "Kəpəz"in Premyer Liqada qaldığını demək tezdir. Hələ qarşıda çox matç var. Turnir cədvəlində bacardığımız qədər yuxarı pilləyə qalxmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".
Hüseynli martın 4-ü Bizon Azərbaycan Kubokunun cavab görüşü çərçivəsində qarşılaşacaqları "Turan Tovuz"u matçı barədə də danışıb:
"Qarşıda "Turan Tovuz"la kubok matçının cavab oyunu var. Birinci qarşılaşmada ani diqqətsizlikdən qapımızda qol gördük. Cavab görüşündə daha diqqətli və istəkli oynayaraq qələbə qazanmalıyıq".