İtaliyanın “İnter” klubunun yeni titul sponsoru məlum olub.

Sport24.az xəbər verir ki, yeni mövsümündən etibarən “Socios.com” tətbiqinin loqosu Milan təmsilçisinin formasında olacaq. “İnter” bu əməkdaşlıqdan illik 20 milyon avro qazanacaq.

“İnter”in əvvəlki titul sponsoru avtomobil şinləri istehsalçısı “Pirelli” idi. “Neradzurra” 1995-ci ildən “Pirelli” ilə əməkdaşlıq edirdi.