"İnter" "Brügge"nin müdafiəçisi Joel Ordonyesini transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu müdafiənin mərkəzi üçün 21 yaşlı venesuelalını prioritet keçid hesab edir. Belçika klubu isə futbolçusunu 40 milyon avrodan ucuz satmaq fikrində deyil.
Qeyd edək ki, Ordones 2023-cü ilin iyulundan "Brügge"nin formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. Müdafiəçi cari mövsümdə meydana çıxdığı 38 matçda 4 qol vurub.