Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçında "Xilasedici" "Murov Az Terminal"la qarşılaşacaq.

 

Görüşün start fiti saat 16:00-da səslənəcək. 

 

Saat 18:00-da isə "Neftçi" və "Ordu" üz-üzə gələcək. 

 

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. "Xilasedici" və "Ordu" ilk matçda 3:0 hesablı qələbəyə seviniblər.

 

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.