Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız səfərdə Andorra ilə üz-üzə gələcək.

 

"Andorra la Vella" stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. 

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edib, Macarıstana isə 0:1 hesabı ilə uduzub. 

 

Qeyd edək ki, iki oyundan sonra Azərbaycan millisi C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.