Qətərdə çempion müəyyənləşib. Sport24.az xəbər verir ki, "Əl Sədd" vaxtından əvvəl "qızıl"a sahib çıxıb.
"Canavarlar" 21-ci turda ən yaxın rəqibi "Şamal"ın məğlub olması sayəsində edərək vaxtından əvvəl titul qazanıb.
Bu "Əl Sədd"in ardıcıl üçüncü, ümumiyyətlə isə 19-cu çempionluğudur.
Qeyd edək ki, "Əl Sədd"in baş məşqçisi 2025-ci ildə "sükan arxasına" keçən Roberto Mançinidir.