Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, bu görüşlərdən sonra yarımfinalın ilk iştirakçıları müəyyənləşəcək.
Madrid "Atletiko"su "doğma divalar" arasında ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi "Barselona"nı qonaq edəcək.
Günün digər qarşılaşması İngiltərədə baş tutacaq. "Liverpul" PSJ ilə qarşılaşacaq. Tərəflər arasında Parisdə baş tutan ilk görüş Fransa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 0:2
23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 2:0
.