"Qəbələ" futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.

 

20 yaşlı vinger "Qəbələ"nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

 

Qeyd edək ki, Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm "Qəbələ"nin U-19 komandasında çıxış edib.