İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker "Arsenal"ın baş məşqçisi Mikel Artetanın iş metodları barədə kəskin fikirlər səsləndirib. Sport24.az xəbər verir ki, "Rest is Football" proqramında London klubunun hazırkı durumunu təhlil edən 65 yaşlı sabiq hücumçu komandanın ciddi təzyiq altında olduğunu vurğulayıb:
"Onlar təzyiqin komandaya necə təsir etdiyini bütün dünyaya göstərdilər. "Arsenal" hazırda sanki öz-özü ilə mübarizə aparır".
Lineker xüsusilə Artetanın son zamanlar tətbiq etdiyi qeyri-adi məşq üsullarını hədəf alaraq, bu yanaşmanı "utancverici" adlandırıb:
"Artetanın məşq metodlarının artıq gülünc həddə çatdığını demək olar. Əgər onlar həqiqətən uğur qazanmaq və rəqabət aparmaq istəyirlərsə, ilk növbədə sakitliyi qorumalıdırlar".
Qeyd edək ki, Artetanın son məşqlərdə oyunçulara qeyri-adi tapşırıqlar verdiyi bildirilir. Futbolçuların müxtəlif koordinasiya və diqqət məşqləri etdiyi, hətta məşq zamanı vizual materiallardan istifadə olunduğu iddia edilir.