Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Tirana təmsilçisi səfərdə "Elbasani"nin qonağı olub.

 

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana əsas heyətdə çıxıb və 62-ci dəqiqədə əvəzlənib. 

 

Qeyd edək ki, hazırda aktivində 44 xal olan paytaxt təmsilçisi turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.