"Çelsi"nin futbolçusu Kol Palmer komandadan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi Londondakı həyatından narazıdır. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

23 yaşlı ingiltərəli futbolçu, Mançesterdəki dostları və şəhər üçün darıxdığından, həm "Mançester Yunayted", həm də "Mançester Siti"yə qayıtmaq ehtimalını düşünə bilər. Lakin "Çelsi" klubunun baş məşqçisi Liam Rosenior bu iddiaları təkzib edib və vurğulayır ki, Palmer klubda xoşbəxtdir.

Qeyd edək ki, "Çelsi" Kol Palmeri 2023-cü ildə "Mançester Siti"dən 47 milyon avroya transfer edib.