İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, 32 yaşlı hücumçu bunu DÇ-2026-nın seçmə mərhələsindəki uğulu çıxışı ilə bacarıb.

 

Harri dünya və Avropa çempionatının seçmə mərhələləri tarixində ən sərrast futbolçu olub. Hücumçu əsas turnirlərin seçmə mərhələ oyunlarında 40 qol vurub. Portuqaliyalı Kriştiano Ronaldonun aktivində isə 32 qol var.

 

Qeyd edək ki, İngiltərə yığması seçmə mərhələni maksimum nəticə ilə, 24 xalla başa vuraraq gələn il keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.