"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi Cek Qrilişin İngiltərə millisi ilə 2026-cı il dünya çempionatında oynamaq şansına malik olmadığını düşünür. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı qonaq olduğu verilişlərdən birində danışıb:

 

"Qriliş artıq gələn yay üçün tətilə çıxa bilər. O, baş məşqçi Tomas Tuxelin heyətində olmayacaq. Qordonun zədəsinə baxmayaraq, o, çağırılmayacaq".

Qeyd edək ki, Qriliş bu mövsümün əvvəlində icarə əsasında "Mançester Siti"dən "Everton"a keçib. 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, milli komandada son oyununu 2024-cü ilin oktyabr ayında keçirib.