"Arsenal" "Feyenoord"un 24 yaşlı yarımmüdafiəçisi Kvinten Timberi transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu yarımmüdafiəçini transfer etmək imkanlarını qiymətləndirir. Diqqətəlayiq məqamlardan biri də Kvintenin əkiz qardaşı Yurrien Timberin artıq London klubunda oynamasıdır.
Qeyd edək ki, Kvinten bu mövsüm "Feyenoord"un heyətində 14 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı niderlandlı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.