AFFA İntizam Komitəsi "Kəpəz"i cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Misli Premyer Liqasında XXV turun "Kəpəz" – "Qarabağ" oyunundan əvvəl və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Kəpəz" komandası 6500 manat cərimələnib.

 

Matç "Kəpəz"in qələbəsiylə başa çatıb – 1:0.