"Qarabağ"ın müdafiəçisi Sami Mmae cəzalandırılıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

Belçikalı futbolçu Əvəzedicilər Liqasının 21-ci turu çərçivədində baş tutan "Sabah-2" ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.

 

Buna görə, Mmae 1 oyunluq cəzalandırılıb. "Qarabağ-2" isə 250 manat cərimələnib.

 

Qeyd edək ki, Sami intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən kənarlaşdırıb.