İcarə əsasında "Sabah"da çıxış edən Velko Simiç və Timoteuş Puxaçın komandadakı gələcəyinə böyük ölçüdə aydınlıq gəlib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Masazır təmsilçisi polşalı müdafiəçi Timoteuş Puxaçın müqavilə ilə məxsus olduğu Almaniya klubu "Holstein Kiel" ilə razılıq əldə etmək üzrədir. Tərəflər arasında artıq ilkin anlaşma mövcuddur və keçidin reallaşması an məsələsidir.

Klub rəhbərliyi serbiyalı yarımmüdafiəçi Velko Simiçi də heyətdə saxlamaqda maraqlıdır. Oyunçunun Türkiyə təmsilçisi "Sivasspor" ilə daha bir illik müqaviləsi var. Lakin Sivas klubunun Liqa 1-dən Superliqaya yüksələ bilməməsi halında, Simiçin komandada qalması çətin görünür.

Hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşan Sivas təmsilçisinin vəziyyəti "Sabah"ın planlarına uyğundur. Üstəlik, futbolçunun özü də karyerasını Azərbaycanda davam etdirməyə müsbət yanaşır.

 

Velko Simiç cari mövsüm Misli Premyer Liqasında 23 matçda 10 qola imza atıb. Timoteuş Puxaç 23 görüşdə 1998 dəqiqə meydanda olub.